Mercedes şirkəti Brawn GP-nin 75%-ni alacaq?

Almaniyanın Auto, Motor und Sport qəzeti Mercedes-Benz şirkətinin Formula1-də hakim mövqeyinin dəyişməsinin maraqlı senarisi barədə yazı dərc edib. Şayiələrə görə, […]

Almaniyanın Auto, Motor und Sport qəzeti Mercedes-Benz şirkətinin Formula1-də hakim mövqeyinin dəyişməsinin maraqlı senarisi barədə yazı dərc edib. Şayiələrə görə, Mercedes-in McLaren-lə olan hazırkı müqaviləsinin başa çatdığı 2012-ci ilə qədər şirkət Brawn GP komandasının 75%-ni alacaq. Bu alqı Mercedes-ə McLaren-lə əməkdaşlığı davam etdirməkdən daha ucuz başa gələcək və komanda üzərində tam nəzarətə imkan verəcək…

Hazırda McLaren-in səhmlərinin 40%-i şirkətin əlindədir, şirkət komandanın maliyyə xərclərinin bir hissəsini öz üzərinə götürüb, motor təchizatını pulsuz edir və sürücülərin maaşının bir hissəsini ödəyir. Şayiələrə görə, McLaren strateji tərəfdaşını saxlamaq üçün uğursuz başladığı mövsümdə MP4-24-ü aktiv təkmilləşdirirməklə sübut etməyə çalışırmış ki, komanda istənilən böhranla mübarizə apara bilər.

Çox güman ki, bütün bu söhbətlər Brawn GP-nin gələn mövsümə hazırladıqları yeni maşının təqdimat mərasimindən sonra təsdiq olnacaq. Auto, Motor und Sport yazır ki, yeni maşın gümüşü olacaq, burnunda üçşüalı ulduzu olacaq, Censon Battonun komanda yoldaşı isə Niko Rosberq olacaq. Bu sübutlar çox inamlı görünərdi…

Şayiələri Daimler AG-nin idarə heyətinin sədri Diter Tsetşe dolayı yolla təsdiq edib: “Biz həqiqətən çempionatda öz maliyyə öhdəliklərimizin dəyişməsi üzərində işləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*