16 Sentyabr 2019, Bazar ertəsi - 12:33

Əfsanəvi Niki Lauda dünyasını dəyişib

Əfsanəvi Niki Lauda dünyasını dəyişib

Müəllif: Rauf Hacıyev, redaktor

07:00 - 21 May, 2019

Formula1 üzrə üçqat Dünya Çempionu Niki Lauda dünyasını dəyişib.

F-1.az xatırladır ki, avstriyalı əfsanəvi sürücüyə keçən ilin iyul ayında yeni ağciyər köçürülmüşdü. Lauda o gündən sonra padoklara qayıda bilməmişdi və 2019-cu ilin əvvəlində qrip olduğu üçün xəstəxanaya aparılmışdı. Laudanın son günlərdə böyrəklərli ilə bağlı problemlər yaşadığı deyilirdi.

Lauda ailəsi Nikinin ölümü barədə bu sözləri deyib: “Niki hamı üçün nümunəvi adam idi. Evində isə ailəsini sevən həyat yoldaşı, ata və baba idi. Onunçün darıxacağıq”.

Qeyd edək ki, Lauda 1975, 1977 və 1984-cü ildə Dünya Çempionu olmuşdu. Karyerasını bitirdikdən sonra Ferrari, Jaguar və Mercedes komandalarında işləmişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 128
Teqlər
Paylaş

logo