Mercedes GP rəhbərliyində dəyişikliklər

Mercedes GP komandasının hazırkı sahibi olan Daimler şirkəti tədricən komandanın rəhbərliyində islahatlar aparır və Almaniyanın Motorsport Total qəzetinin verdiyi son […]

Mercedes GP komandasının hazırkı sahibi olan Daimler şirkəti tədricən komandanın rəhbərliyində islahatlar aparır və Almaniyanın Motorsport Total qəzetinin verdiyi son xəbərə görə komandanın rəhbərliyində dəyişikliklər edilib.

Mercedes GP-nin direktorlar şurasından bəzi şəxslər kənar olunub – bu şəxslər 2008-ci ilin sonunda Honda Motor şirkəti Formula1-i tərk edərkən komandanın səhmlərindən müəyyən pay əldə etmişdilər. İndi direktorlar şurasına Abu Dabinin ən böyük şirkətlərindən biri Aabar fondunun idarəedici direktoru Muhamməd Bədəvi əl-Hüsseyni daxil olub – Aabar komandanın səhmlərinin 30%-nə, Dailmler şirkətinin səhmlərinin 9%-nə malikdir.

Nik Frayın, Kərolayn MakQrorinin, Naycel Kerrin və Con Marsdenin yerlərini Dəvid Forbs (Aabar), Norbert Hauq (Mercedes) və Daimler-in daha iki nümayəndəsi tutub. Komandanın başçısı Ross Braun öz yerini saxlayıb.

Motorsport Total-ın məlumatına görə, Daimler AG komandanın səhmlərinin 45.1%-nə, Aabar fondu isə 30%-nə sahibdirlər, yerdə qalan 24.9%-i isə komandanın menecmenti arasında bölünüb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*