Mercedes GP-ni çətin mövsüm gözləyir?

Dünən Niko Rosberqin Barselonada, Mixael Şumaherin isə Xeres testlərində bir gün protokollara başçılıq etməsinə baxmayaraq, şayiələr gəzir ki, yeni MGP […]

Dünən Niko Rosberqin Barselonada, Mixael Şumaherin isə Xeres testlərində bir gün protokollara başçılıq etməsinə baxmayaraq, şayiələr gəzir ki, yeni MGP W02 şassisi komandanın gözlədiyi kimi sürətli alınmayb…

Norbert Hauq Almaniyanın Auto Motor und Sport jurnalına müsahibəsində bildirib ki, “əgər bu gün rəsmi yarış keçirilsə, biz onluğa düşə bilmərik. Biz bilirik ki, hazırda bizim maşınımız kifayət qədər sürətli deyil, ilk testlərdən biz problemlərlə üzləşirik, amma ümid edirik ki, mövsümün startına yeni aerodinamik paket sayəsində geriqalmanı aradan qaldıracayıq və podium uğrunda mübarizə apara biləcəyik.”

Britaniyanın Autosport jurnalının bildirdiyinə görə, yeni aerodinamik paketə ön antiqanad, əyləclərin yeni soyutma sistemi, yan pantonların fərqli quruluşu və işlənmiş qazları buraxan sistemin yeni versiyası daxildir.

Ross Braun, komandanın başçısı: “Mövsümün ilk yarışına yenilikləri biz hələ keçən ildən planlaşdırmışdıq. Başqa komandalar kimi biz yeni qaz buraxma sistemi üzərində işləmişdik, amma rəqiblərimizin sistemlərinə baxmaq istəyirdik. Deyə bilərəm ki, bizim sistem digər maşınlarda gördüklərinizdən fərqlənir.

Yeni şassini hazırlayarkən biz müəyyən sahələrdə kompromisə getməli olduq, çünki soyutma sistemində problemlərimiz var idi. Amma mən deməzdim ki, biz böhran yaşayırıq. Biz adi mövsümöncəsi problemləri həll edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*