Mercedes GP komandası maşının yeni versiyasını hazırlayır

Mercedes GP komandası İspaniya Qran Prisinə maşının yeni versiyasını hazırlayır və ümid edir ki, rəqiblərindən geriqalmanı aradan qaldıra biləcək. Mövsümün […]

Mercedes GP komandası İspaniya Qran Prisinə maşının yeni versiyasını hazırlayır və ümid edir ki, rəqiblərindən geriqalmanı aradan qaldıra biləcək. Mövsümün ilk yarışlarında trasın konfiqurasiyasından asılı olaraq MPGW01 liderlərə bir dövrədə 0.5-1.0 saniyə uduzub. Geriqalmaya səbəb aerodinamik balansın çəkipaylanmasına münasib olmamasıdır, ona görə də maşının ön oxu həddən çox yüklənir.

Barselonada MPGW01 ciddi yenilənəcək – baza aerodinamikası, motorun və ötürmələr qutusunun yerləşməsi, çox güman ki, komanda təkər bazasını da korrektə edəcək – faktiki olaraq bu tamamilə yeni maşın olacaq…

Ross Braun: “Əvvəl biz yalnız ön təkərlərin ölçüsünün dəyişməsini güman edirdik, ona görə də çatışmaz dönüşlüyün qarşısını almaq üçün tədbirlər gördük. Amma Bridgestone arxa təkərlərin də konstruksiyasını dəyişdi – arxa təkərlər keçən il olduğundan daha bərkdir. Nəticədə bizim maşınalrın çəkipaylanması qabağa çəkildi.”

Problemi iki cür həll etmək olar – ya maşının çəkisi azaldılmalıdır, ya da təkər bazası artırılmalıdır. Birinci demək olar ki, mümkün deyil, ikinci isə aerodinamik konsepsiyanın və güc elementlərinin yerlərinin yenilənməsini tələb edir. Mercedes GP W01 – Renault maşınlarından sonra ən qısa təkər bazası olan maşındır, amma Ross Braun hansı istiqaməti seçdiklərini şərh etməyib.

Təkər bazasının dəyişdirilməsi FİA-nın yeni krəş-testiuni tələb edə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*