Mercedes GP gələn mövsümə ümid edir

Ən yaxşı mütəxəssislərin toplaşdığı komandaya belə ən azı üç il lazımdır ki, qarşılarına qoyduqları məqsədlərinə çatsınlar. Mercedes şirkəti Brawn GP […]

Ən yaxşı mütəxəssislərin toplaşdığı komandaya belə ən azı üç il lazımdır ki, qarşılarına qoyduqları məqsədlərinə çatsınlar. Mercedes şirkəti Brawn GP komandasını alarkən üçillik planalrını söyləmişdilər – komandanın formalaşmasına, müəyyən problemlərin həll olunmasına vaxt lazım idi, amma Mercedes GP komandası 2012-ci ildə güclü tərəqqiyə ümid edir…

Ross Braun: “2009-cu ildə biz bütün gücümüzü çempionatda qələbəyə səfərbər etmişdik və 2010-cu ildə bunun acısını çəkdik. İndi bizim hər cür şəraitimiz var ki, gələn mövsümə əla maşın hazırlayaq.

Red Bull-un uğurları? Formula1-də vəziyyət tez-tez dəyişir, özü də hər şey dövrü olur və adətən dövrülük beş il çəkir. Mən bunu Ferrari-dəki işimdən bilirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*