Renault müştəri motorlarının adını dəyişə bilər

Bu il Renault şirkəti çempionatda iştirakı məsələsini dəyişib, zavod komandasının səhmlərini satan şirkət bütün gücünü komandaların motorlarla təchiz olunmasına səfərbər […]

Bu il Renault şirkəti çempionatda iştirakı məsələsini dəyişib, zavod komandasının səhmlərini satan şirkət bütün gücünü komandaların motorlarla təchiz olunmasına səfərbər edib. Bu il şirkət üç komandanı motorlarla təmin edəcək – Red Bull, Lotus Renault GP və Team Lotus, növbəti addım isə müştəri motorların Renault-Nissan alyansındakı brendlərdən birinin adına dəyişdirilməsi ola bilər…

Britaniyalı jurnalist Co Savar hesab edir ki, müştərilərdən biri İnfiniti markalı motor ala bilər, hərçənd, bu elə həmin zavod motoru olacaq. Çox güman ki, əsas brend ən güclü komandaya veriləcək, bu zaman komanda hansısa güzəştlər ala bilər, şirkət isə Formula1-də bir neçə brendini nümayiş etdirə bilər.

Motorların adının dəyişdirilməsi komandanın adının dəyişdirilməsi kimi elə də çətin proses deyil, ona görə də istisna etmirik ki, tezliklə biz iştirakçılar siyahısında Red Bull Racing İnfiniti komandasını görəcəyik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*