L.Mekis: Red Bull gənc sürücü proqramında çox öndədir

Ferrari komandasının yarış direktoru Loren Mekis bildirib ki, Red Bull-un gənc sürücülər proqramının iş keyfiyyətinə çatmalıdırlar.

F-1.az xatırladır ki, Red Bull-un gənc sürücü akademiyası Fettel və Ferstappen kimi çempionlar, Rikkardo, Qasli kimi yarış qalibləri olan sürücülər çıxarıb.

Red Bull-da olduğu kimi Ferrari, Mercedes, Alpine komandalarınınn da gənc sürücü proqramları var.

Loren Mekis: “Ferrari-nin gənc sürücü proqramı bizim üçün vacib layihədir. Son illərdə bu layihəyə böyük pullar xərcləmişik. Sadəcə Formula1-də yox, F2 və F3-də də əksər sürücülər erkən yaşlarından bəzi komandalarən sürücü proqramına yazılırlar. Bu artıq strateji məsələdir.

Red Bull bu akademiyaların inkişafında uğurla öndə gedir. Bütün komandalar onların sürücü akademiyalarına çatmaq üçün çox işləməlidirlər”.

Qeyd edək ki, Loren Mekis növbəti mövsümdən etibarən AlphaTauri komandasına rəhbər gedəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*