Loran Mekis: Apellyasiya Məhkəməsinin qərarından razıyıq

FİA-nın Apellyasiya Məhkəməsinin bugünkü, özünəməxsus şəkildə görünməmiş qərarı avtoidman aləmində hələ uzun müddət müzakirə olunacaq. Təbii ki, Loran Mekis və Red Bull Racing komandası Ayzek Həcərin Monako Qran Prisinin yekunlarına əsasən 3-cü yerinin qaytarılmasından çox razıdır.

Fransalı sürücü üçün bu, təsəlli sayıla biləcək məqamlardan biridir, çünki aldığı zədə səbəbindən o, mövsümün ardıcıl ikinci mərhələsini də buraxmağa məcburdur.

“Apellyasiya Məhkəməsinin Ayzekə podiumu qaytarması qərarından çox məmnunuq, bu onun üçün çox önəmlidir, – deyə Red Bull Racing-in rəhbəri Sky Sports-a bildirib. – Amma biz etirazı yalnız buna görə verməmişdik, həm də hesab edirik ki, ədalətin bərpası bütövlükdə idmanımız üçün çox vacibdir.

Formula1 yarışlarında hər məsələdə ardıcıllığın olması çox önəmlidir. Hesab edirik ki, bu presedent sayəsində gələcəkdə yarışın nəticələrinin sonradan şübhə altına alınması kimi yanaşma adiləşməyəcək və prinsip etibarilə etiraz oluna bilməyən qərarlar bir daha yenidən nəzərdən keçirilməyəcək. Həmin vaxt isə məhz belə olmuşdu və bu, pit-leyn-də sürət həddinin aşılmasına görə verilən cərimələrlə bağlı idi.

Beləliklə, bu, yaxşı xəbərdir və biz, nəhayət, həmin yarışın yekun nəticələrini gördük”.