Loran Mekis: “Avstriyada biz qələbə uğrunda mübarizə apardıq, lakin bir neçə gün sonra Silverstounda ciddi məhdudiyyətlərlə üzləşdik və bu, maşınımızın bütün potensialını gerçəkləşdirməyə imkan vermədi.
Biz hesab edirik ki, Silverstoun kimi traslarda, elektrik enerjisinin çatışmazlığı xüsusilə kəskin hiss olunduğundan, problemlərimiz daha güclü şəkildə üzə çıxır.
Görünür, enerjidən istifadəyə bağlı məhdudiyyətlərin daha böyük rol oynadığı traslarda biz rəqiblərə, adətən, olduğundan daha çox uduzuruq. Təəssüf ki, qorxuram ki, Spa da belə traslara aiddir”.





