Mercedes AMG-nin rəqibləri DDRS hazırlamağa tələsmirlər

Çin Qran Prisi ərəfəsində FİA-nın stüardları Mercedes AMG W03 maşınlarında quraşdırılmış “ikiqat DRS”-in leqallığını təsdiq etmişdilər. İndi Ross Braunun komandasının […]

Çin Qran Prisi ərəfəsində FİA-nın stüardları Mercedes AMG W03 maşınlarında quraşdırılmış “ikiqat DRS”-in leqallığını təsdiq etmişdilər. İndi Ross Braunun komandasının rəqibləri DDRS sisteminə bənzər sistemlərdən öz maşınlarında da istifadə edə bilərlər – amma bundan ötrü digər modernizə proqramlarını qurban vermək istəmirlər.

Red Bull komandasının başçısı Kristian Horner Şanxay paddokunda bildirmişdi ki, çox şey yeni sistemin nə qədər üstünlük verəcəyindən asılıdır: “Sistem haqqında çox deyilib, çox yazılıb, hamının diqqət mərkəzindədir. Mercedes AMG sistemin işini optimallaşdırıb və bunun hesabına üstünlük qazanıb, ona görə də bizim hamımız indi bu sistemin effektliyini qiymətləndiririk.

Amma mənə elə gəlir ki, hər şeydən əvvəl sistem bizim maşında özünü təsdiq etməlidir. Fakt deyil ki, belə bir sistem bizim maşına qoyulan kimi sürət artacaq.”

McLaren komandasının başçısı Martin Uitmarş hesab edir ki, indi komandalar hansı çərçivədə hərəkət etmələrini başa düşürlər, bundan sonra DDRS-in konstruksiyası təkmilləşə bilər: “Məncə, bu sistem ətrafında mübahisələr hələ də davam edir, amma bizim modernizə proqramlarımız var və biz sürətimizi artırmaqda davam edəcəyik. Eyni zamanda əmin olmalıyıq ki, bu sistem əlavə çox məsrəf tələb etməyəcək. Mercedes AMG maşınlarında sistem çox effektiv işləyir, amma yarışda onlar DDRS-siz də yavaş getmirdilər.”

Eyni zamanda Mercedes AMG komandasının başçısı Ross Braun bildirib ki, keçən həftə Lotus komandasının rəsmi şikayət etməsinə çox sevinib: “Bu hamı üçün yaxşıdır. Mən əminəm ki, indi bütün komandalarda belə bir sistemin hazırlanması istiqamətində işlər görülür. Biz çoxdan bu məsələdə aydınlığın olmasını istəyirdik, ona görə də baş verənlər həm bizim üçün, həm də idmanımız üçün xeyirlidir. Lotus-un şikayətindən sonra hamıya hər şey aydın oldu. Biz əmin idik ki, sistem leqaldır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*