M.de Villotanın vəziyyəti yaxşılaşıb

Marussia komandasının ehtiyat sürücüsü Mariya de Villotanın keçən həftə Daksfordda yaşadığı ağır qəzadan sonra Britaniyanın Addenbrooke’s hopsitalında keçiridyi iki çətin […]

Marussia komandasının ehtiyat sürücüsü Mariya de Villotanın keçən həftə Daksfordda yaşadığı ağır qəzadan sonra Britaniyanın Addenbrooke’s hopsitalında keçiridyi iki çətin əməliyyatdan sonra vəziyyəti yaxşılaşır. Bu gün həkimlər sürücünü süni komadan çıxarıblar və Mariya ailəsi ilə danışa bilib.

Mariyanın atası, keçmiş Formula1 sürücüsü Emilio de Villota İspaniyanın Antena 3 kanalının efirində bildirib ki, “ağrıkəsici dərmanların sayı kəskin azaldılıb.”

Sürücünün bacısı İzabelə istinadən yerli mətbuat bildirir ki, bir neçə saat əvvəl bacısını intensiv terapiya şöbəsindən adi palataya keçiriblər. İzabel əlavə edib ki, “Mariyanın bərpası və zədələrin nəticələrinin aradan qaldırılmasında yaxın günlər çox vacib olacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*