McLaren yeni tərəfdaşlığını xüsusi rəng çaları ilə qeyd edəcək

McLaren komandası Sinqapur və Yaponiya yarışlarında kripto şirkəti OKX ilə tərəfdaşlığını açıqlamaq üçün xüsusi rəng çalarında çıxış edəcək.

F-1.az bildirir ki, MCL36-nın narıncı rənginə əlavə olaraq, neon çəhrayı rəng və Cyberpunka aid illuziyalar olacaq. Bu isə Formula1-in 2019-cu ildən sonra Asiyaya dönüşünün müjdəçisidir. Bundan başqa sürücülərin kombinezonlarında da rəng dəyişimi olacaq.

Zek Braun: “OKX ilə tərəfdaşlığımız bu rənglərlə açıqladığımız üçün sevincliyik. Hər iki tərəfdə açıqfikirlidir və davamlı olaraq inkişaf edirlər.

Sinqapur və Yaponiyaya geri qayıtmaq əladır. Bu traslarda tərəfdaşlığımızı qeyd etməyimiz mükəmməl olacaq”.

McLaren bu layihəyə görə məhdud sayda geyimlər də istehsal edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*