McLaren yeni qazburaxma sistemi hazırlayıb

Mövsümöncəsi testlərdə McLaren komandasının mühəndisləri maşının etibarsızlığı üzündən nəzərdə tutduqları proqramı yerinə yetirə bilmədilər. Komanda innovasiyalı qazburaxma sistemi hazırlamışdı – […]

Mövsümöncəsi testlərdə McLaren komandasının mühəndisləri maşının etibarsızlığı üzündən nəzərdə tutduqları proqramı yerinə yetirə bilmədilər. Komanda innovasiyalı qazburaxma sistemi hazırlamışdı – isti hava axını çoxsaylı kiçik borucuqların köməyi ilə diffuzorun müxtəlif yerlərinə verilirdi ki, asfalta yatma qüvvəsi artsın, amma sistem nasazlıqlarla zəngin alınıb.

Toplanmış məlumatları təhlil edən mühəndislər tamamilə yeni sistem hazırlayıblar, yeni sistem mövsümün ilk Qran Prisində debüt edəcək – Martin Uitmarş bu məlumatı təsdiq edib…

Martin Uitmarş: “Mən testlərdə maşının etibarlılığından və sürətindən razı deyildim, ona görə də biz maşının konstruksiyasında ciddi dəyişikliklər etmişik, bu yenilikləri siz Avstraliyada görəcəksiniz. Bu cür dəyişikliklər həmişə riskdir, amma mən hesab edirəm ki, biz düzgün qərar qəbul etmişik, əgər maşın Melburnda rəqabətədavamlı olsa, risk isə özünü doğruldacaq.

Biz tamamilə yeni altlıq və qazburaxma sistemi hazırlamışıq. Başqa yeniliklər də var, amma bunu yalnız Avstraliyada olanlar görəcək. Yeni qazburaxma sistemi əvvəlki sistemlə müqayisədə çox sadədir.

Komandanı çətin uik-end gözləyir, amma mən ümid edirəm ki, biz rəqiblərimizə yaxın olacayıq. Belə qərarları testlərdən sonra qəbul eləmək asan deyil, amma mən hesab edirəm ki, biz düzgün addım atmışıq. Əgər belə olmasa, mən öz səhvimi etiraf edəcəm.

Proqnoz verməkdən çəkinəcəm, amma Qran Pridən əvvəl həmişə qələbəyə köklənirik. Mən deməyəcəm ki, biz yarışı udacayıq, amma biz buna çalışacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*