27 İyun 2019, Cümə axşamı - 00:15

McLaren yeni maşınını nümayiş etdirib

McLaren yeni maşınını nümayiş etdirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:26 - 31 Yanvar, 2010

Yarım saat bundan əvvəl Vodafone McLaren Mercedes komandası Vodafone-nin Nyuberidə Britaniya şöbəsinin mənzil qərargahında 2010-cu il mövsümü üçün hazırladığı yeni […]

Yarım saat bundan əvvəl Vodafone McLaren Mercedes komandası Vodafone-nin Nyuberidə Britaniya şöbəsinin mənzil qərargahında 2010-cu il mövsümü üçün hazırladığı yeni maşını təqdim edib.

Mərasimi giriş sözü ilə komandanın başçısı Martin Uitmarş açıb, o maşının hazırlanmasında çalışan mühəndisləri və əməkdaşları təqdim edib. On dəqiqədən sonra komandanın sürücüləri Censon Batton və Lyuis Həmilton yeni maşının üzərindən ağ pərdəni açıblar və jurnalistlər ilk dəfə MP4-25-i görüblər – maşın ənənəvi rəng çalarlarına boyanıb və bir çox yeni aerodinamik elementlər hamının diqqətini çəkib. Maşın fevralın 1-də Valensiya testlərində debüt edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 261
Teqlər
Paylaş

logo