McLaren şirkəti Mercedes-də olan səhmlərini alıb

McLaren şirkətlər qrupu Mercedes-də olan komanda səhmlərinin 40%-lik paketinin böyük bir hissəsini geri alıb. Uokinqdə yeni MP4-12C sportkarının təqdimat mərasimində […]

McLaren şirkətlər qrupu Mercedes-də olan komanda səhmlərinin 40%-lik paketinin böyük bir hissəsini geri alıb. Uokinqdə yeni MP4-12C sportkarının təqdimat mərasimində komandanın başçısı Martin Uitmarş jurnalistlərə bildirib ki, səhmləri hazırkı səhmdarlar deyil, məhz McLaren Group alıb, digər səhmdarların payı isə dəyişməyib -Ron Dennis və Mənsur Oceyin hər birinə 15%, Bəhreynin Mumtalakat şirkətinə isə 30% məxscusdur.

Martin Uitmarş: “Məncə, Mercedes-də təxminən 11% səhmlər qalıb, artıq bu həlledici paket deyil. Bu gün biz yeni yol maşınını təqdim edirik, McLaren Group-un üzvləri müstəqil şirkətlərdir, ona görə də McLaren Automotive brenddən sitifadə görə haqq ödəməli olacaq, amma gələcəkdə bu istiqamət inkişaf etdikdən sonra pulların bir hissəsi yarışlara qayıdacaq.

Keçən həftə biz Ferrari-nin Maranelloda mənzil qərargahında olduq, Montedzemolo ilə söhbətləşdik, əməkdaşlıq məsələlərini müzakirə etdik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*