McLaren: Diffuzorun yenilənməsi maşının effektliyini azaltmayacaq

Avstraliya Qran Prisində FİA-nın adlarını çəkmədiyi dörd komandanın maşınlarında diffuzorun konstruksiyası reqlamentə edilmiş son düzəlişə əsasən dəyişdirilməlidir – ekspertlər hesab […]

Avstraliya Qran Prisində FİA-nın adlarını çəkmədiyi dörd komandanın maşınlarında diffuzorun konstruksiyası reqlamentə edilmiş son düzəlişə əsasən dəyişdirilməlidir – ekspertlər hesab edirlər ki, bu komandalar McLaren, Mercedes GP, Renault və Force İndia komandalarıdır.

Bundan sonra startyorun dəliyindən diffuzorun kameralarından biri kimi istifadə etmək qadağan olunub, dəliyin ölçüləri, yəni maksimal ölçüsü sərt müəyyən olunub. Lakin McLaren komandasının baş yarış mühəndisi Fil Pryu hesab edir ki, bu dəyişiklik maşının effektliyinə təsir etməyəcək…

Fil Pryu: “Diffuzorun yenilənməsi bizim halda çox kişik idi və biz son nəticədə real itki gözləmirik. Aerodinamikanın effektliyi bu tədbirdən sonra artmayacaq, amma heç də azalamamalıdır. Biz ümid edirik ki, sıralanma turunda bir dövrədə sürətimiz artacaq – Bəhreyndə MP4-25-in ən zəif yeri məhz bu idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*