Mayamidə asfalt problemi üzə çıxıb

Bu həftəsonu Formula1-də debüt etməyə hazırlaşan Mayami trasında asfaltın ovulduğu aşkarlanıb.

F-1.az bildirir ki, Mayami trasında hələ heç bir rəsmi sessiya keçirilməyib, amma artıq asfaltın səthi ilə bağlı problemlər üzə çıxıb və təşkilatçılar gecə saatlarında onları aradan qaldırmalı olublar.

Dünən sürücülərin trasda gəzintisi zamanı məlum olub ki, 7-ci və 17-ci döngələrdə isə asfalt ovulmağa başlayıb. Trası hazırlayan Apex Design şirkəti bunu fərqli xüsusiyyətlərə malik asfalt laylarını birləşdirərkən texnoloji prosesin xüsusiyyətləri ilə əlaqələndiriblər və digər sahələrdə problem gözləmirlər.

Amma fakt belədir ki, artıq müdaxilə tələb olunub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*