18 İyun 2019, Çərşənbə axşamı - 16:57

Marussia M.Çiltonla müqaviləsini təsdiq edib

Marussia M.Çiltonla müqaviləsini təsdiq edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:23 - 18 Dekabr, 2012

Bu gün Marussia komandası Maks Çiltonla müqaviləsini təsdiq edib, gələn il 21 yaşlı britaniyalı sürücü Timo Qloka komanda yoldaşlığı edəcək. […]

Bu gün Marussia komandası Maks Çiltonla müqaviləsini təsdiq edib, gələn il 21 yaşlı britaniyalı sürücü Timo Qloka komanda yoldaşlığı edəcək.

Hələ oktyabr ayında Maks komandaya GP2 seriyasından ehtiyat sürücü kimi gətirilmişdi, daha sonra komanda ilə gənc sürücülərin testlərində işləyib və komandanın işi ilə yaxından tanış olub…

Maks Çilton: “Əlbəttə, gələn il Marussia komandası ilə çempionatda çıxış edəcəyim müqavilənin imzalandığı bir gün hisslərimi sözlərlə ifadə etmək çox çətindir. Mənim üçün bu il çox fantastik alındı – GP2-də poul və qələbələr, Abu Dabidə sərbəst yürüşlərdə və gənc sürücülərin testlərində iştirakım yüksək səviyyədə çıxış edə biləcəyimə inamımı daha da artırdı.

Mənim bəxtim gətirdi ki, mövsümün son 6 yarışını Marussia-da ehtiyat sürücü kimi çalışdım. Bu isə o deməkdir ki, komanda ilə işə sıfırdan başlamayacam, axı mən öz sürətimi göstərmişəm, insanlarla, komandanın mədəniyyəti ilə, 2012-ci ilin maşını ilə tanışam.

Yaponiya Qran Prisindən başlayaraq, komandanın işini çox yaxından izləmək imkanım var idi. Mən özümü dünyanın ən xoşbəxti sayıram. Mövsümöncəsi testlərə az qalıb, səbirsizliklə yeni maşının sükanı arxasına oturmağı gözləyirəm.”

Con But, komandanın başçısı: “Biz Maksı komandamızda əsas sürücü kimi salamlamağa şadıq. Bu il biz onun nəticlərini qiymətləndirdik, onun inkişafını izlədik və son qərarı qəbul elədik.

Biz onun bacarığına və potensialına tam əminik, ona görə də hələ oktyabr ayından onu komandaya ehtiyat sürücü kimi götürdük. Bundan sonra onun bütün sahələrdə inkişafı daha da sürətləndi. Maks komanda ilə tez dil tapdı, çox ünsiyyətcil oğlandır və biz şadıq ki, gələn il bir yerdə işləyəcəyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 351
Teqlər , , ,
Paylaş

logo