M.Çilton Byankinin qəzasına baxa bilmir

Maks Çilton verdiyi müsahibədə bildirib ki, o hələ də Jül Byankinin qəzasını izləyə bilməyib...

F-1.az xatırladır ki, Jül Byanki 2014-cü ildə Yaponiya QP-də qəza edib. Qəzada başından zərbə alan fransalı pilot 9 ay komada qaldıqdan sonra dünyasını dəyişib.

Maks Çilton bu qəza olduğu zaman Jül Byankinin komanda yoldaşı idi.

Britaniyalı sürücü Jül Byankinin qəzasına baxa bilmədiyini deyib: “Jülün ölümü mənə pis təsir etdi.

Peletonda ən pis, ən zəif olan komanda idik. Eyni döngədə mən də bir neçə dəfə problem yaşadım. O qəza mənim də başıma gələ bilərdi”.

24 yaşlı sürücü gələn ildən etibarən İndyCar seriyasında yarışacaq. Xatırladaq ki, keçən il Castin Uilson bu seriyada qəza edərək, dünyasını dəyişib.

Maks bu barədə də fikirlərini bildirib: “Hansı komandada yarışacağımla bağlı qərar verdiyim zaman Castin qəza edib öldü. Bu hadisədən sonra qərar verməkdə çətinlik çəkdim. Öz-özümə dedim ki, bu sənin də başına gələ bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*