15 Noyabr 2019, Cümə - 06:02

Jül Byanki dünyasını dəyişib…

Jül Byanki dünyasını dəyişib…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:37 - 18 İyul, 2015

Keçən ilin oktyabrında Yaponiya Qran Prisində ağır qəzaya uğramış Marussia komandasının keçmiş sürücüsü Jül Byanki bu gecə müalicə olunduğu Nitse […]

Keçən ilin oktyabrında Yaponiya Qran Prisində ağır qəzaya uğramış Marussia komandasının keçmiş sürücüsü Jül Byanki bu gecə müalicə olunduğu Nitse hospitalında dünyasını dəyişib – bu barədə fransalı sürücünün ailəsi məlumat yayıb…

F-1.az xatırladır ki, qəzadan sonra ağır kəllə zədəsi alan Byanki komaya düşmüşdü və doqquz aydan sonra dünyasını dəyişib.

Byankilər ailəsinin yaydığı bəyanatda deyilir: “Jül həmişə olduğu kimi, sona qədər mübarizə apardı, amma bu gün mübarizə başa çatdı. Bizim yaşadığımız ağrı böyükdür və sözlə ifadə etmək mümkün deyil. Biz Nitse hospitalının tibbi personalına minnətdarlıq etmək istəyirik. Eyni zamanda, qəzadan sonra Jülü qəbul etmiş Mie əyalətinin tibbi mərkəzinin əməkdaşlarına da təşəkkür edirik.

Bundan başqa, biz Jülün kolleqa və dostlarına, onu dəstəkləyən azarkeşlərinə də təşəkkür edirik, məhz sizin dəstəyiniz sayəsində biz ağrıları unudurduq.

Biz bu ağır zamanda xahiş edirik ki, şəxsi həyat hüququmuza hörmət edəsiniz…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 469
Teqlər ,
Paylaş

logo