22 Avqust 2019, Cümə axşamı - 16:00

Magneti Marelli qaydalardan narazıdır

Magneti Marelli qaydalardan narazıdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:07 - 05 Mart, 2011

İtaliyanın Magneti Marelli şirkətinin idman bölməsində hesab edirlər ki, KERS sistemi ilə bağlı məsrəflərin mümkün səviyyəsi qaydalarda düzgün formalaşmayıb. Formula1-də […]

İtaliyanın Magneti Marelli şirkətinin idman bölməsində hesab edirlər ki, KERS sistemi ilə bağlı məsrəflərin mümkün səviyyəsi qaydalarda düzgün formalaşmayıb.

Formula1-də ümumi məsrfələrin azalması tendensiyası KERS-ə də toxunub: qaydalarda göstərilib ki, KERS bir milyon Avrodan baha ola bilməz, bundan əlavə illik 4 milyon Avroluq təhqiqat işlərinə icazə verilir.

Roberto Dalla, MM-in idman bölməsinin başçısı: “Bu qayda yaxşı yazılmayıb. Aydın deyil ki, bu beş milyon Avro qlobal miqyasda sistemin hazırlanmasına xərclənə bilər, yoxsa hər bir komandaya ayrılıqda aiddir?

İstisna deyil ki, kimsə hesab edib ki, bu məbləğ hər bri komandaya aiddir və öz sisteminin hazırlanmasına 15 milyon xərcləyib.”

Bu il Magneti Marelli-nin hazırladığı KERS Ferrari, Sauber, Toro Rosso və Lotus Renault GP komandalarında istifadə olunacaq.

Sistemin digər istehsalçısı isə Mercedes-dir – almanlar Mercedes GP, McLaren və Force İndia komandalarını təchiz edəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 235
Teqlər
Paylaş

logo