Ferrari Williams-ın bəyanatından narazı qalıb

Ferrari-nin rəsmi saytında Williams-ın ünvanına kinayəli sözlər yerləşdirilib – məhz bu komanda birinci olaraq Skuderiyanın Mİxael Şumaher üçün əlavə testlər […]

Ferrari-nin rəsmi saytında Williams-ın ünvanına kinayəli sözlər yerləşdirilib – məhz bu komanda birinci olaraq Skuderiyanın Mİxael Şumaher üçün əlavə testlər xahişinə imtina etmişdi…

Yazıda deyilir: “Maranello, 4 avqust. F60-ın testlərinə qarşı kim çıxıb? Uzun illərdir ki, heç bir qələbə qazanmayan komanda ədalətli mübarizə ruhunun çatışmazlığını nümayiş etdirmək imkanını əldən verməyib. Arayış üçün qeyd edək ki, Scuderia Ferrari Algersuarinin testlərinə icazə vermişdi, amma yenə də bu vəziyyətdə kimsə qaydalara düzgün riayət etməyə üstünlük vermişdi.”

Testlərə razılıq verməyən digər iki komandanın – Red Bull və Toro Rosso-nun ünvanlarına isə heç bir söz deyilməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*