M.Ferstappen: Xallar itirmək pis oldu

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, ikinci yer onun üçün yaxşı nəticə olsa da, xalları itirmək əhvalını pozub.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışda ikinci yerdə gedərkən bitimə 3 dövrə qalmış batareya problemi yaşayıb və yavaşlayıb. Beləliklə, mübarizəni dayandırmalı olub.

Maks Ferstappen: “Tempimiz istədiyim kimi deyildi. Lakin belə hallar baş verə bilir və bu, ilk yarışdır. Bəzən balans istədiyiniz kimi olmur. Yenə də ikinci yerdə idik. Strategiyanın hesabına mübarizə apara bilirdik.

Nə baş verəcəyini hüç vaxt bilməzsiniz. Yarış ərzində tempimiz də yaxşı idi. Daha sonra sükanda və əyləcdə problem yaşadım. Hücum edəndə əyləclər çox qızdılar və Şarlı buraxmaq məcburiyyətində qaldım. Sükan problemi ilə də sürmək çətin idi. Bəzi yerlərdə heç döndərmək olmurdu.

Daha sonra daha böyük problem yaşadıq. Elə bil motora yanacaq getmirdi. Hər şey bağlandı və pitə gəldim. Test günləri və sərbəst yürüşlər yaxşı gedəndə sonra belə şey istəməzsiniz. Bu yarışda 18 xal və Çekonun 4-cülüyü yaxşı nəticə olardı, ancaq iki maşının da mübarizəni dayandırması pis oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*