Bəhreyn-2022: Birinci sərbəst yürüşlər

Qış testləri keçən həftəsonu məhz burada başa çatıb. Komandalar bu gün rəsmən yeni mövsümə başlayıblar. Saxirdə ilk sərbəst yürüşlər çox da əhəmiyyətli olmur, lakin komandaların testlərdən sonra cavabını axtardığı çox sayda suallar vardı.

F-1.az bildirir ki, bu suallara ən çox sahib olan məhz Niko Hülkenberqdir. Sebasyan Fettelin koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün onu əvəzləməli olan alman sürücü yeni nəsil maşınlarla hətta heç simluyatorda da işləməmişdi və 22 düymlük təkərlərlə tanış deyildi. Niko bu gün ilk dəfə yeni maşının sükanı arxasına keçib.

Nikita Mazepinin yerinə gələn Kevin Maqnussen üçün isə vəziyyət nisbətən ürəkaçandır, çünki danimarkalı pilot azından ikinci qış testlərində maşınla işləmək fürsətini əldə edib.

Komandaların əksəriyyəti çox sayda yeniliklərlə gəlib və sessiya onların qiymətləndirilməsinə həsr olunub. Maşınlarda hələ testlərdən müşahidə edilən düzlüklüklərdə yüksək sürətlərdə yırğalanma problemi heç də hamı tərəfindən həll edilməyib. Bunun optimal həllini tapmayan komandalar ya problemlə barışmalı, ya da asfaltayatma qüvvəsini azaldaraq sürəti qurban verməlidirlər…

Valtteri Bottas maşındakı texniki problemə görə 1 dövrə vurduqdan sonra boksa qayıdıb. Xeyli sonra təzədən trasa çıxsa da, yenə də geri gəlməli olub və məşqlərdə iştirak edə bilməyib. Səkkinzinci dəqiqədə Okonun maşının sağ tərəfindəki pontonlar qırılaraq trasa dağıldığı üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Fasilə 10 dəqiqə davam edib. Rassell də oxşar problem yaşasa da, qırmızı bayraqlar olmayıb. Şarl Lekler 11-ci döngədə yerində fırlansa da, yoluna davam edib.

Heç kim sürətli dövrələrə əhəmiyyət verməyib. Protokollara isə Pyer Qasli 1:34.193-lük nəticə ilə başçılıq edib. Axşam ən əhəmiyyətli məşq sessiyası bizi gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 10 Pyer Qasli AlphaTauri 1:34.193 23
2 16 Şarl Lekler Ferrari 1:34.557 + 0:00.364 22
3 55 Karlos Sayns Ferrari 1:34.611 + 0:00.418 22
4 63 Corc Rassell Mercedes AMG 1:34.629 + 0:00.436 22
5 1 Maks Ferstappen Red Bull 1:34.742 + 0:00.549 22
6 18 Ləns Stroll Aston Martin 1:34.814 + 0:00.621 21
7 44 Lyuis Həmilton Mercedes AMG 1:34.943 + 0:00.750 16
8 14 Fernando Alonso Alpine 1:35.000 + 0:00.807 13
9 22 Yuki Tsunoda AlphaTauri 1:35.028 + 0:00.835 20
10 11 Serxio Peres Red Bull 1:35.050 + 0:00.857 22
11 24 Quanyu Çjou Alfa Romeo 1:35.053 + 0:00.860 20
12 31 Esteban Okon Alpine 1:35.151 + 0:00.958 15
13 6 Nikolas Latifi Williams 1:35.644 + 0:01.451 14
14 27 Niko Hülkenberq Aston Martin 1:35.815 + 0:01.622 22
15 31 Esteban Okon Williams 1:35.923 + 0:01.730 16
16 4 Lando Norris McLaren 1:36.304 + 0:02.111 22
17 22 Daniel Rikkardo McLaren 1:36.402 + 0:02.209 20
18 47 Mik Şumaxer Haas 1:36.536 + 0:02.343 22
19 20 Kevin Maqnussen Haas 1:36.804 + 0:02.611 21
20 77 Valtteri Bottas Alfa Romeo 2
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*