E.Okon: Qasli ilə yaxın dost deyilik

Esteban yeni fransız komanda yoldaşı ilə yaxın dost deyil, lakin onunla birlikdə komandanın maraqları naminə birgə çalışmağa hazırdır.

F-1.az bildirir ki, Esteban və Pyer tez-tez bir-biriləri ilə bağlı açıqlamalar verirlər.

Esteban Okon: “Biz peşəkarıq, ona görə də nəticə əldə etmək üçün lazım olan kimi çalışacağıq. Pyer ilə heç vaxt ən yaxşı dost olacağımızı düşünmürəm, buna məcbur deyilik. Əsas odur ki, komandada düzgün ab-hava olsun – indi də belədir, il boyu da belə qalacaq.

Mövsüm boyu əməkdaşlığın hazırkı səviyyəsini qoruyub saxlamağımız vacibdir. Biz elə vəziyyətdə deyilik ki, hər yarışda qələbə qazana bilək.Yeni maşının
inkişafı üçün çalışmalıyıq və bunun üçün mümkün qədər açıq olmaq, fikir mübadiləsi aparmaq lazımdır”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*