M.Ferstappen: Həzz aldım

Emilya Romanya Qran Prisinin sıralanma turunda üçüncü yeri tutan Maks Ferstappen bildirib ki, onun üçüç0n çox çətin olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücünün ikinci sesiiyasında mühərrik problemi olub. Lakin operativ işləyən Red Bull mexanikləri gənc pilotu vaxtında trasa buraxa biliblər və nəticədə Ferstapen ilk dəfə gəldiyi İmola trasındakı yarışa 3-cü yerdən başlayacaq.

Maks Ferstappen: “Sıralanma turu yaxşı keçmədi. Çünki ilk sessiyada cəmi bir iki dövrə vurduq və yenidən trasa çıxmaq istəyirdim. Daha sonra ikinci sessiyada problem yaşadıq. Buna baxmayaraq, Medium təkərlə dövrə vura bildim.

Son sessiyada isə ilk dövrəmdə asfaltla ilişmə zəif idi. Məncə, ikinci dövrəm yaxşı idi, amma çətin oldu. Buna baxmayaraq, üçüncü yer pis deyil. Sadəcə özümdən çox şey gözləyirdim.

Bu tras çox həyəcanlıdır və burada sürməkdən həzz aldım. Əvvəl fikirləşirdim ki, bu maşınlar tras üçün çox enlidir, ancaq hər şey yaxşıdır. Buranı sevdim. Ümid edirəm ki, gözəl yarış olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*