M.Ferstappen: Heç nə bitməyib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, təslim olmayacaqlar.

F-1.az xatırladır ki, niderlandlı sürücü Britaniya yarışından əvvəl 33 xal fərqlə çempionatda lider idi. Lakin vəziyyət elə gətirdi ki, 23 yaşlı pilot son iki yarışdan cəmi 2 xal qazana bildi və çempionatda ikinci yerə düşdü. Hazırda lider Həmiltondan 8 xal geri qalır.

Maks Ferstappen: “Yay tətili başladı, amma işləməyı davam edəcəyik. Təslim olmuruq və gördüyümüz işlərə fokuslanırıq. Əvvəlki iki yarış çətin keçdi, amma önümüzdə çox yarış var və heç nə əldən getməyib.

Testlərdən bəri bolidin davranışı xoşuma gəlirdi, amma hadisələri əvvəldən proqnozlaşdırmaq çətindir. Çempionat başlayandan tempimiz yaxşıdır. Mövsümə yaxşı başlamışıq və yaxşı da bitirməliyik. Ümid edirəm ki, bacararıq.

Serxiodan razıyam. O, yaxşı komanda yoldaşıdır. Yaxşı münasibətimiz var. Onunla ancaq yarışlar barədə danışmırıq. Çox yaxşı insandır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*