K.Horner: Büdcə limitini yenə aşmış ola bilərik

Keçən mövsümün gedişində büdcə limiti infilyasiyaya görə 3.1% artırılaraq 145.5 milyon dollara çatdırılıb.

F-1.az xatırladır ki, Red Bull-un 2021-ci ildə büdcə limitini aşdığı aşkarlanıb və buna görə də komanda 7 milyon dollar cərimələnib və gələn mövsüm aerodinamik boruda 10% az vaxt keçirə biləcək.

Kristian Horner: “Xərclərlə bağlı sertifikatı almamış 100% əmin ola bilmərik. Lakin keçənilki qəribə hadisələrdən və büdcə limiti tətbiqinin ilk mövsümündə əldə etdiyimiz təcrübələrdən sonra buna əməl etmiş olduğumuza inanıram”.

, ,