M.Brandl: Vassyör işin çətinliyini anlamalıdır

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Frederik Vassyörün Ferrari-yə öyrəşməsi üçün vaxt lazımdır.

F-1.az xatırladır ki, fransalı mütəxəssis Ferrari komandasının yeni rəhbəri olub.

Martin Brandl: “Mercede sya da Red bull-un yerinə olsam, bu xəbərə gülərəm, çünki Formula1-də stabillik vacibdir. Mercedes və Red Bull stabildir. Uzun illərdir ki, əsas adamlar dəyişmir.

Vassyör düz yolu tapmalıdır və özünü komandaya qəbul etdirməlidir. İşin çətinliyini anlamalıdır. Kim olduğunuz vacib deyil. Stefano Doemnikali ya da Mattia Binotto kimi komanda daxilindən gəlmirsinizsə, öyrəşməyiniz üçün vaxt lazım olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*