Lotus sponsorların marağına ümid edir

Keçən həftə təqdim olunmuş və bu gün Xeres testlərində debüt etmiş Lotus maşınlarında demək olar ki, sponsor loqotipləri yoxdur, amma […]

Keçən həftə təqdim olunmuş və bu gün Xeres testlərində debüt etmiş Lotus maşınlarında demək olar ki, sponsor loqotipləri yoxdur, amma komandanın başçısı Toni Fernandes ümid edir ki, çempionatın startından sonra sponsorların komandaya marağı artacaq…

Toni Fernandes: “Lotus T127-nin təqdimatından sonra bir çoxları mənə dedilər ki, mərasim yeni komanda üçün çox təmtəraqlı alınıb – bu isə bir daha bizim imkanlardan xəbər verir. Mən əminəm ki, insanlar bizim layihəyə ciddi sərmayəni qiymətləndirdikdən sonra bizim yeni tərəfdaşlarımız peyda olacaq.

Söhbət yalnız sponsor loqotiplərinin yapşdırılmasından getmir – gəlir əldə etməyin bir çox yolları var. Biz danışıqlar aparırıq, hələlik çox danışmaq istəmirəm, amma komandanın yeni sponsorları olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*