Lotus Renault GP öz sisteminə güvənir

Lotus Renault GP komandası əmindir ki, işlənmiş qazları buraxan sistemin yeni radikal konstruksiyası maşının sürətini artıracaq – düzdür, Valensiya testlərinin […]

Lotus Renault GP komandası əmindir ki, işlənmiş qazları buraxan sistemin yeni radikal konstruksiyası maşının sürətini artıracaq – düzdür, Valensiya testlərinin ilk günü bu sistem nəzərdə tutulan proqramı tam yerinə yetirməyə mane olub.

Yeni R31 maşınını dünən hamı diqqətlə izləyib, çünki komanda işlənmiş qazları buraxan sistemin nadir konstruksiyasını tətbiq edib – sistemin çıxışı maşının önünə yaxındır: keçənilki versiyadan fərqli olaraq, bu dəfə “diffuzor” effekti maşının altında daha böyük sahəni əhatə edir.

Belə bir konsepsiyanın çatışmayan cəhətləri də az deyil, məsələn, bir çox elementlərin qızması problemi yaranır, amma komanda əmindir ki, yeni sistemin müsbət cəhətləri onun tətbiqi riskini üstələyir. Lotus Renault GP komandasının başçısı Erik Bulyenin sözlərinə görə, vaxt gələcək və hamı yeni sistemin üstünlüyünü görəcək…

Erik Bulye: “Risk həmişə var. Mən şadam ki, bizim maşın belə bir inqilabi sistem qurub. Əlbəttə, biz texniki qrupumuzu dəstəkləyirik, çünki peletonda ən sürətli olmaq istəyirik, zirvəyə qalxmaq istəyirik.

Bilirik ki, bunun üçün vaxt lazımdır, amma yaradıcılıq həmişə lazımdır. Asfalta yatma qüvvəsinin və sürətin müxtəlif mənbələrini axtarmaq lazımdır. Biz bu yolu seçmişik, çünki hələ keçən ildən görürdük ki, belə bir sistemin çox böyük üstünlüyü var. Aerodinamik boruda sınaqların nəticəsinə görə R31 elə indi R30-dan sürətlidir. Əgər bu sistem maşına qoyulubsa, deməli, biz onun iş qabiliyyətinə əminik. Hərçənd, hər şeyi trasda görəcəyik.”

Valensiyada yalnız qara-qızılı maşınlarda belə bri sistem qurulub, lakin Autosport-un məlumatına görə, artıq digər komandalar da anoloji sistemi hazırlayırlar və mövsümün ilk yarışında artıq maşına quraşdıracaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*