Lotus Renault GP 2012-ci ildə qara-qızılı rənglərini saxlayacaq

Group Lotus şirkətlər qrupu Lotus Renault GP komandası ilə əməkdaşlığın yekununu və 70-80-ci illərin klassik rənglərinin qayıtmasına azarkeşlərin reaksiyasını müsbət […]

Group Lotus şirkətlər qrupu Lotus Renault GP komandası ilə əməkdaşlığın yekununu və 70-80-ci illərin klassik rənglərinin qayıtmasına azarkeşlərin reaksiyasını müsbət qiymətləndirib. Ona görə də gələn il komandanın yarış maşınları və avadanlıqları qara-qızılı rənglərə boyanacaq.

London Ali Məhkəməsinin bu yaxınlarda Lotus Renault GP komandasının Formula1-də qara-qızılı rənglərdə leqal çıxış etməsinə etiraz etməməsi Group Lotus-un qərarını möhkəmlədib…

Dəni Bahar, Group Lotus-un icraçı direktoru: “Hesab edirəm ki, bizə stabillik lazımdır. Bu rənglərdən bizim xoşumuz gəlir, yol maşınlarının məhdud sayında biz elə bu rənglərdən istifadə edirik. Bundan başqa, bu rənglər azarkeşlərin də xoşuna gəlir – ona görə də mən rəngləri dəyişməyi mənasız görürəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*