L.Həmilton Uaytinqdən üzr istəyib

Lyuis Həmilton Avstraliya Qran Prisinin stüardlarının aldatdığı üçün FİA-nın yarış direktoru Çarli Uaytinqdən üzr istəyib – belə bir məlumatı bu […]

Lyuis Həmilton Avstraliya Qran Prisinin stüardlarının aldatdığı üçün FİA-nın yarış direktoru Çarli Uaytinqdən üzr istəyib – belə bir məlumatı bu gün Britaniyanın Autosport qəzeti yayıb. Uaytinq Həmiltonun Avstraliya yarışının son dövrələrində Təhlükəsizlik Maşının arxasında Yarno Trullini irəli buraxması insidenti müzakirə olunan hər iki iclasda iştirak edib…

Çarli Uaytinq: “Düzünü desəm, Lyuisin bazar günü Avstraliyada özünü aparması heç xoşuma gəlməmişdi, cümə axşamı Malayziyada isə aydın götünütdü ki, o özünü ona əmr olunan kimi aparır. Hamıya aydın idi ki, o yalan danışır. Sepanqda onun mənə yaxınlaşıb üzr istəməsi çox şeydən xəbər verir. O mənə yaxınlaşdı və şəxsi məsələ barədə danışmaq istədi, sonra dedi ki, elədiklərinə görə peşmandır, üzr istəyir və bir də belə eləməyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*