17 Sentyabr 2019, Çərşənbə axşamı - 14:39

L.Həmilton: “Bu ən çətin yarış oldu!”

L.Həmilton: “Bu ən çətin yarış oldu!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:41 - 19 İyun, 2010

Kanada Qran Prisinin finişindən sonra Lyuis Həmilton çox razı qalıb, axı üç il bundan əvvəl o məhz bu trasda debüt […]

Kanada Qran Prisinin finişindən sonra Lyuis Həmilton çox razı qalıb, axı üç il bundan əvvəl o məhz bu trasda debüt qələbəsini qazanmışdı və indi bu uğurunu təkrar edib. Üç il əvvəl olduğu kimi pouldan strat alan britaniyalı sürücü finişdə birinci olsa da, yarışı ən çətin adlandırıb…

Lyuis Həmilton: “Əla uik-end alındı! Mən Monreala çərşənbə günü gəlmişdim və həmin gündən elə təəssürat var idi ki, uik-end uğurlu alınacaq. Yeri gəlmişkən, azarkeşlərə fantastik dəstəyə görə minnətdarlıq edirəm: tribunalarda britaniyalıların çox olması həmişə xoşdur!

Komanda əla işlədi, hərçən yarış ən çətin alındı. Amma hamı elə bunu istəyir, elə deyil? Censon da güclü çıxış etdi, biz yenə də qələbə dublu əldə etdik, on agörə də mən xoşbəxtəm və komandamızla fəxr edirəm.

Pit-leynin çıxışındakı insidentə gəlincə, mən boksa Fernandodan tez girsəm də, o məni qabaqladı. Bizim pit-stopa yaxşı alınmadı. Mən onun yerindən tərpənməsini gördüm, amma özüm yerindən tərpənəndə, o görünməz zonaya düşdü və mən bilmirdim ki, o indi hardadır. Mən çalışdım ki, Alonsoya kifayət qədər yer saxlayım – birdən o mənimlə bərabərləşdi, biz döngəyə qədər mübarizə apardıq, amma o daxili trayektoriyada idi və məni qabaqlaya bildi. Sonra o çox sürətli getməyə başladı, bizim əla duelimiz alındı, amma bu gün trafiklə hamı problemlər yaşadı, bunun sayəsində hamımız ötmək şansı qazandıq və mən şansımdan istifadə etdim.

Biz maksimum çalışırıq ki, Red Bull komandasına çataq. Asfalta yatma qüvvəsinin yüksək səviyyəsi tələb olunan digər traslarda onlar əvvəlki kimi sürətlidirlər, amma mən inanıram ki, biz onlara çatacayıq.

Sözsüz, bu uik-end biz güclü idik, ümid edirəm ki, bu belə də davam edəcək. Amma bu gün xüsusi gündür – mən ilk qələbəmi bu trasda qazanmışam və üç ildən sonra daha bir qələbə qazanmaq çox xoşdur.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 314
Teqlər
Paylaş

logo