L.di Montedzemolo yeni reqlamenti tənqid edib…

Yenil ilin ilk günündə Ferrari-nin prezidenti Luka di Montedzemolo növbəti dəfə 2013-cü ildən qüvvəyə minəcək motorların yeni reqlamentini tənqid edib. […]

Yenil ilin ilk günündə Ferrari-nin prezidenti Luka di Montedzemolo növbəti dəfə 2013-cü ildən qüvvəyə minəcək motorların yeni reqlamentini tənqid edib. FİA hesab edir ki, dördsilindirli turbomotorlar yanacaq sərfiyyatını azaldacaq və yeni texnologiyaların hazırlanmasına kömək edəcək, amma Montedzemolo başqa cür düşünür…

Luka di Montedzemolo: “Dörd silindir – bu artıq Formula1 deyil. Biz artıq yola maşınlarımızda belə motorlardan istifadə etmirik, “avtoidmanı kraliçası” üçün belə bir sxem inamlı görünmür. Bəlkə də V6-ya keçmək daha məqsədəuyğun olardı. Məsrəflərin azaldılmasını ucuzlaşdırma ilə səhv salmaq olmaz, FİA-nın yanacaq sərfiyyatını azaltmaq fikrini başqa motor reqalamenti ilə də reallaşdırmaq olardı.

Əgər dörd silindirli motorlardan imtina etməyə kiçik bir imkan düşərsə, mən sevinclə bunu dəstəkləyəcəm. Şans var, amma ümumi razılıq əldə etmək lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*