L.di Montedzemolo: “Ürəyimin bir hissəsi Mixaelə məxsusdur”

Keçən il bu vaxt Ferrari komandasının rəhbərliyi Mixael Şumaherin Mercedes GP komandası ilə müqaviləsini kəskin tənqid etmişdi. Bu gün Madonna […]

Keçən il bu vaxt Ferrari komandasının rəhbərliyi Mixael Şumaherin Mercedes GP komandası ilə müqaviləsini kəskin tənqid etmişdi. Bu gün Madonna di Kampilyoda Wroom tədbirində Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo yeddiqat dünya çempionun ünvanına xoş sözlər söyləyib, onun komanda yoldaşını isə ən yaxşı gənc sürücü adlandırıb…

Luka di Montedzemolo: “Mİxaelə mənim ürəyimin, mənim həyatımın bir hissəsi məxsusdur, o, Ferrari-nin tarixinin bir hissəsidir. Mən bəlkə də dünyada yeganə adamam ki, heç bir vaxt onun fantastik sürücü olmasına şübhə etməmişəm.

Əminəm ki, bizi maraqlı çempionat gözləyir. Üç və ya dörd rəqabətədavamlı komanda var, sürücülərin yeni nəsli də var. Rosberq fantastik mövsüm keçirdi, o ağıllıdır, sürətlidir, Nikonun keçən il Mixaeli üstələmsi onun yaxşı sürücü olmasından xəbər verir. Bunun səbəbləri müxtəlif ola bilər, mən isə nəticələrdən danışıram. Fettel də yeni nəsil sürücülərin parlaq nümunəsidir.

Bizim yeganə problemsiz yerimiz – sürücülərimizdir, mən onlardan çox razıyam. Mən dünyada ən yaxşı sürücünün adını çəkməyəcəm, amma mən blirəm o kimdir. İnanın, mən hələ də Abu Dabi yarışını yuxuda görüb oyanıram, amma gələcəyə baxmaq lazımdır. Biz yeni maşının üzərində ciddi işləyirik.

Hər şeydən əvvəl, mövsümü uğurla başlamaq vacibdir – mən həm etibarlılıqdan, həm də nəticələrdən danışıram. Keçən il biz titulu mövsümün birinci yarısında itirdik.

Reqlamentdəki dəyişikliklər barədə bəzi suallar var, həm də başa düşmək lazımdır ki, bizim rəqiblərimiz nə dərəcədə rəqabətədavamlı olacaqlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*