L.Stroll: Yatmaq istəyirəm

Racing Point komandasının sürücüsü Ləns Stroll bildirib ki, hələ də şokdadır.

F-1.az xatırladır ki, kanadalı sürücü İstanbul Parkdakı yağışlı sıralanma turunda əla performans göstərərək, karyerasının ilk poulunu alıb.

Ləns Stroll: “Bunu sözlərlə başa salmaq çətindir. Şokdayam. Poul gözləmirdim. Çünki sıralanma dan əvvəl heç nəyə əmin deyildik. Hətta sonuncu sərbəst yürüşlərdə zəif idik. Amma indi çox xoşbəxtəm. Yaxşı dövrə vurdum. Buna ehtiyacım var idi. Son sessiyaya mavi markalı yağış təkərləri ilə başladıq. Sonra pitə gəlib keçid təkərlərini götürdük. Sadəcə bur cəhdim var idi. Ttafikə düşsəm də, yaxşı nəticə aldım.

Bolidimiz belə şəraitdə yaxşı işlədi. Poul qazandım və xüsusi an idi. Karyeramın ən parlaq anı idi. Uzuz illərdir bu anın xəyalını qururam. İndi isə yatmaq istəyirəm. Sabah yarışda əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*