L.Həmilton: Qürur duyuram

Türkiyə yarışında qalib gələrək karyerasının 7-ci titulunu qazanan Lyuis Həmilton bildirib ki, qazandığı uğura görə qürurludur.

F-1.az xatırladır ki, britaniyalı sürücü İstanbul Parkda təmkinli sürərək, qalib gəlib və karyerasının 94-cü yarışını qazanmaqla, 7-ci dəfə Dünya Çempionu titulunu əldə edib.

Lyuis Həmilton: “Şumaxer mənim üçün əlçatmaz görünürdü. Bütün həyatım boyu bunları xəyal edirdim. Mixaeli o vaxtlar izləyirdim. Sürücü olaraq həmişə əlimdən gələni etdim. Yeddiqat çempion olmaq gözəldir. Amma belə komanda ilə işləyirsinizsə, onlara güvənməlisiniz. Bir yerdə çoxlu uğurlar qazanacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*