L.Həmilton: “Mercedes doğru qərar verdi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Bottasın komandada qalması doğru qərardır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü dünən Mercedes-lə olan müqaviləsini daha bir il uzadıb.

Lyuis Həmilton: “Davamlılıq həmişə yaxşıdır. Biz birlikdə yaxşı işləyirik. Deyəsən gələn il dördüncü mövsüm olacaq və bizim yaxşı münasibətimiz var. Valtter də, mən də davamlı inkişaf edirik. Komanda onu saxlamaqla ağıllı addım addım atdı.Onunla işləməyi sevirəm. Müqaviləsi ilə bağlı müəmmalar olduğu üçün Valtteri də stressli idi. İndi isə bu bitdi və artıq maksimum nəticələr qazana bilər. Buna görə də mövsümün ikinci hissəsində ondan güclü nəticələr gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*