K.Rəykkönen yenə rallidə çıxış edəcək

Yanvar ayında Finlandiyada Arctic Lapland Rally yarışında kifayət qədər uğurlu çıxışından sonra Kimi Rəykkönen ralli maşının sükanı arxasında daha bir […]

Yanvar ayında Finlandiyada Arctic Lapland Rally yarışında kifayət qədər uğurlu çıxışından sonra Kimi Rəykkönen ralli maşının sükanı arxasında daha bir yarışa qoşulmaq niyyətindədir. Öz şturmanı təcrübəli Kay Lindströmlə birlikdə Kimi milli çemionatın ikinci mərhələsində – Vaakuna yarışında çıxış edəcək, yarış Finlandiyanın mərkəzində Mikkeli şəhəri ətrafında fevralın 20-21-də keçiriləcək. Onlar Kimiyə məxsus Fiat Grande Punto S2000-lə strata çıxacaqlar, maşının yarışa hazırlanmsaı dördqat dünya çempionu Tomi Myakinenə həvalə olunub.

Çox güman ki, bu il Vaakuna yarışı Kiminin qatıldığı sonuncu ralli yarışı olacaq, çünki digər yarışların keçirilmə vaxtı Formula1 təqvimi ilə üst-üstə düşür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*