15 İyul 2019, Bazar ertəsi - 22:12

K.Rəykkönen karyerasının davamını müəyyən etməyib

K.Rəykkönen karyerasının davamını müəyyən etməyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:35 - 03 Oktyabr, 2009

Yaponiya uik-endi ərəfəsində Ferrari komandası Fernando Alonso ilə müqaviləsini təsdiq edib və mövsümün sonunda Kimi Rəykköneni vaxtından əvvəl azad buraxmasını […]

Yaponiya uik-endi ərəfəsində Ferrari komandası Fernando Alonso ilə müqaviləsini təsdiq edib və mövsümün sonunda Kimi Rəykköneni vaxtından əvvəl azad buraxmasını elan edib. Şayiələr gəzir ki, finlandiyalı sürücü McLaren-ə qayıda bilər, amma Suzukada Kimi jurnalistlərə bildirib ki, hələ karyerasının davamını müəyyən etməyib…

Kimi Rəykkönen: “Qərar qəbul etmək üçün mənim hələ vaxtım var. Mən karyeramı rallidə də davaç etdirə bilərəm, amma Formula1-də davam etdirmək ehtimalı daha çoxdur, düzdür, mən kiçik komandalarda çıxış etməyəcəm, harda ki mənim titul qazanmaq şansım olmazdı. Əgər mən Formula1-də qalsam, yalnız gələn il titul uğrunda mübarizə aparmaq üçün qalacam – başqa səbəb ola bilməz. Mən istədiyim hər şeyə nail olmuşam və yarışmağı davam etdirsəm, yalnzı qələbə naminə bunu edəcəm.

Ferrari ilə ayrılmağımızın bir neçə səbəbi var. Formula1-də hətta sizin imzalanmış müqaviləniz olsa belə, həmişə müxtəlif variantlar mümkündür. Hansısa bir səbəb yoxdur, amma mən razıyam ki, biz belə bir qərar qəbul etmişik və düşünürəm ki, məni yaxşı gələcək gözləyir. Komanda haqqında heç bir pis söz deyə bilmərəm, bizim münasibətlərimiz həmişə yaxşı olub. Heç kim gözləməzdi ki, bu il Ferrari üçün çətin olacaq, amma Formula1-də belə şeylər olur. Baxaq görək, gələn il necə olacaq.

Mən heç nəyi dəyişməzdim. Əlbəttə, tez-tez qələbə qazanamq istərdim, amma mənim həyatımdan danışsaq, mən başqa adam olmayacam. Mən nail olduğum səviyyədən razıyam. Arxaya baxarkən, siz düşünürsünüz ki, daha böyük uğur qazana bilərdiniz, amma sonradan fikir yürütmək asandır. Müqavilələrə gəlincə, mən heç nəyi dəyişməzdim. Ferrari-də mən ən böyük uğurumu qazanmışam – titul əldə etmişəm.

Bizim yaxşı və pis anlarımız olub, amma bu da bizim idmanın bir hissəsidir, uğursuzluqlara tab gətirməyi bacarmaq lazımdır. Biz bir yerdə çox şey qazandıq – bir titul mənim üçün, iki titul komanda üçün. Xatırlamağa çox şey var…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər
Paylaş

logo