N.Kartikeyan Formula1-ə qayıdır

Narain Kartikeyan Formula1-ə qayıdır – hindistanlı sürücü Hispania komandası ilə müqavilə imzalayıb. Rəsmi məlumat hələ sabah gözlənilsə də, Narain bu […]

Narain Kartikeyan Formula1-ə qayıdır – hindistanlı sürücü Hispania komandası ilə müqavilə imzalayıb. Rəsmi məlumat hələ sabah gözlənilsə də, Narain bu xəbəri öz minibloqunda yerləşdirib…

Narain Kartikeyan: “Mən Hispania komandası ilə müqavilə imzalamışam və 2011-ci ildə Formula1-ə qayıdıram. Mən həmişə deyirdim ki, bu çempionatda mənim vaxtım qurtarmayıb və indi bu sözlərimi təsdiq edirəm.”

2005-ci ildə Narain Jordan komandasında tam mövsüm keçirmişdi və tarixi ABŞ Qran Prisində dördüncü yeri tutmuşdu, növbəti mövsümü isə Williams komandasında test sürücü kimi çalışmışdı. Daha sonra A1GP, Lə Man, NASCAR və SupeLiqa seriyalarında yarışıb və sonuncuda Brənds-Hətç yarışını qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*