K.Rəykkönen 29-cu olub

Ralli üzrə dünya çempionatının ilk mərhələsi arxada qalıb – İsveçdə qələbəni Mikko Hirvonen bayram edib, altıqat dünya çempionu Sebastyen Löb […]

Ralli üzrə dünya çempionatının ilk mərhələsi arxada qalıb – İsveçdə qələbəni Mikko Hirvonen bayram edib, altıqat dünya çempionu Sebastyen Löb ikinci, Yari Matti Latvala isə üçüncü olub.

Bu mərhələ Kimi Rəykkönen üçün debüt olub – finlandiyalı sürücü mətbuatın diqqət mərkəzində olub, amma cümə günü qəzadan sonra 2007-ci ilin dünya çempionu faktiki olaraq mübarizədən kənar qalıb və mərhələni yalnız 29-cu yerdə başa vura bilib, amma qəza zamanı itirdiyi yarım saatı nəzərə almasaq Kiminin nəticəsi ilk səkkizlikdə olardı.

İndi əsas vəzifə təcrübə toplamaqdır – WRC-də rəqabət olduqca yüksəkdir və öz potensialını realizə etmək üçün vaxt lazımdır…

Kimi Rəykkönen: “Əlbəttə, qəzaya görə məyus olduq və rallinin ilk günü yarım saat vaxt itirdik, amma biz ümumi məsafəni pis keçmədik və finişə çata bildik. Debüt üçün bu mərhələ olduqva çətin idi, amma təcrübə toplamaq üçün faydalı oldu.

Meksikada daha asan olacaq, qarda çıxış etmək həmişə çətindir, amma torpaq üzərində nisbətən asandır. Gələn həftə bizi testlər gözləyir, ümid edirik ki, Meksikada xal toplaya biləcəyik.

Burda təcrübə böyük əhəmiyyət kəsb edir, növbəti dəfə qarda çıxış etmək çox asan olacaq. Son nəticə sürətdən deyil, təcrübədən və ideal stenoqramdan asılı olur.”

WRC-in növbəti mərhələsi Meksikada 5-7 martda keçiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*