18 Sentyabr 2019, Çərşənbə - 07:16

Komandalar reqlamentdə dəyişikliklər istəmirlər

Komandalar reqlamentdə dəyişikliklər istəmirlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:44 - 21 May, 2011

FİA-nn mövsümün gedişində sorucu diffuzorların işinə məhdudiyyət qoyması kimi texniki reqlamentdə dəyişiklik planları komandalar tərəfindən dəstəklənməyib. Federasiya ilkin olaraq məhdudiyyəti […]

FİA-nn mövsümün gedişində sorucu diffuzorların işinə məhdudiyyət qoyması kimi texniki reqlamentdə dəyişiklik planları komandalar tərəfindən dəstəklənməyib. Federasiya ilkin olaraq məhdudiyyəti artıq İspaniya Qran Prisindən başlayaraq tətbiq etmək istəyirdi, indi isə qərara alınıb ki, vəziyyət iyunun 16-da Texniki işçi qrupun iclasında müraciət olunacaq.

Autosport həftəliyinin məlumatına görə, Formula1-in liderləri belə bir effektiv ssitemdən imtina etmək fikrində deyillər, çünki sistemin hazırlanmasına böyük vəsait xərclənib.

Erik Bulye, Lotus Renault GP-nin başçısı: “FİA-nın bu qərarı bizim üçün sürpriz oldu, açıq səmada şimşəyə bənzər. Mən başa düşürəm ki, niyə Çarli Uaytinq bu addımı atıb, amma biz artıq bu qadağadan narazılıq bildirmişik. Belə gözlənilməz qərarlar çox qəribə görünür, özü də mövsümün gedişində qaydalarda belə dəyişikliklər çətinliklərə səbəb olur.

Dəyişiklik böyük vəsait tələb etmir, çünki sadəcə motorun iş rejimini dəyişmək kifayətdir. Amma hamı 0.1 saniyələr uğrunda vuruşur, ona görə də başa düşmürəm ki, niyə saniyələr itirməliyik. Hərçənd, oyunun qaydalarını biz fikirləşmirik – bunu FİA edir.”

Kristian Horner, Red Bull-un başçısı: “Güman edirəm ki, belə qadağaları məhz bu orqanın çərçivəsində müzakirə etmək lazımdır, onda son qərar da pozitiv olacaq. Amma mən inanmıram ki, komandalar bu mövsümün reqlamentinə dəyişiklikləri dəstəkləyəcəklər. Bu mənim şəxsi fikrimdir – baxaq görək necə olacaq.”

Ekspertlərin fikrincə, RB7-də işlənmiş qazaların yalnız 45%-i diffuzora yönəlir, R31-də isə bu kəmiyyət 95%-ə çatır – məhz bu axını FİA on dəfə azaltmaq istəyir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 251
Teqlər
Paylaş

logo