Komandalar ödəmələri gecikdirirlər

Məlum olub ki, Red Bull komandası rəqiblərini yalnız trasda qabaqlamır: Londonda nəşr olunan Daily Mail qəzetinin verdiyi xəbərə görə, Red […]

Məlum olub ki, Red Bull komandası rəqiblərini yalnız trasda qabaqlamır: Londonda nəşr olunan Daily Mail qəzetinin verdiyi xəbərə görə, Red Bull dünya çempionatın iştirakçıları arasında yeganə komandadır ki, ödəmə hesablarını vaxtında ödəyir…

İşgüzar məlumatların emalı ilə məşğul olan Dun & Bradstreet şirkəti keçən il Formula1 komandalarının iqtisadi fəaliyyətini araşdıraraq belə bir qənaətə gəlib. Araşdırmaların nəticəsinə görə, mövsümün ikinci yarısında Red Bull hesabları hətta mövsümün birinci yarısında olduğundan da bir gün əvvəl ödəyirmiş. Ekspertlər qeyd edirlər ki, maliyyə nizamının yaxşılaşması Red Bull konsernin sahibi Diter Mateşiçin komandanın büdcəsini böyütməsi ilə əlaqədar olub.

Formula1 komandasının əsas iş tərəfdaşları avadanlıq istehsalçıları, müxtəlif element və komplektlərin istehsalçıları, nəqliyyat şirkətləri və komandanı uik-end zamanı yeməklə təmin edən firmalar olub.

Dun & Bradstreet-in mütəxəssisləri nəticə çıxarıblar ki, Formula1 komandalarının ödəmə qabiliyyətləri keçən il ərzində ümumilikdə artmayıb, amma iqtisadi böhranın nəticələri artıq hiss olunmayıb.

İllik büdcələri təxminən 250 milyon funt sterlinq olan komandalar orta hesabla ödəmələri nəzərdə tutulan müddətdən 28 gün sonra rellaşdırıblar. Ən pis nəticə isə Lotus komandasına məxsusdur: komanda nə az, nə çox, düz 180 gün (6 ay) gecikirmiş.

Renault komandası əvvəlki mövsümlə müqayisədə geriləyib və 14 günlük nəticə göstərib. Williams komandasında da maliyyə nizamı pisləşib, bu isə komandanın bir neçə sponsorunu itirməsi ilə əlaqədardır. Əgər Ferrari və Mercedes GP kimi komandalar ödəmələri gecikdirirsə, yeni komandalar haqqında nə demək olar?

Yeri gəlmişkən, Lotus komandasının rekordu fonunda Virgin komandası xüsusilə fərqlənib: komanda ödəmələri orta hesabla cəmi 8 gün gecikdirib.

Hindistanlı milyarder Vicey Malyaya məxsus Force İndia komandası isə orta hesabla 30 gün gecikirmiş. Daily Mail komandanın adının çəkilməsini istəməyən işgüzar tərəfdaşlarından birinin sözlərini dərc edib, o etiraf edib ki, Vicey onların haqqını gec ödədiyi üçün bütün personalın maaşı gecikirmiş, “əgər Vicey öz yahtasını satsa, bu onun komandasına bir neçə il bəs edər…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*