18 Sentyabr 2019, Çərşənbə - 07:12

K.Kolles Monako Qran Prisindən əvvəl iddia qaldırmağı planlaşdırır

K.Kolles Monako Qran Prisindən əvvəl iddia qaldırmağı planlaşdırır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:57 - 24 May, 2011

Hispania komandasının başçısı Britaniyalı jurnalistlərə müsahibəsində bildirib ki, əgər FİA Monako Qran Prisindən əvvəl sorucu diffuzorlara qadağa qoymasa, FİA-ya qarşı […]

Hispania komandasının başçısı Britaniyalı jurnalistlərə müsahibəsində bildirib ki, əgər FİA Monako Qran Prisindən əvvəl sorucu diffuzorlara qadağa qoymasa, FİA-ya qarşı rəsmi iddia ilə çıxış edəcək.

Kollesin sözlərinə görə, FİA-nın yarış direktru Çarli Uaytinq açıq-aydın bildirib ki, işlənmiş qazlardan maşının aerodinamik xüsusiyyətlərini optimallaşdırmaq üçün istifadə etmək qeyri-qanunidir, amma bu texnologiyalara qadağa bir qədər təxirə salınıb – bu məsələ iyunun 16-da Texniki işçi qrupun iclasında müzakirə olunacaq.

Kolin Kolles: “Barselonada iddia qaldırmamağımızın yeganə səbəbi ondadır ki, biz müvafiq qərarı vaxtında qəbul edə bilmədik. Amma aydındır ki, digər maşınlar reqlamentə uyğun deyillər.

Biz Çarli Uaytinqlə tamamilə razıyıq, Yeri gəlmişkən, onunla razılaşan tək biz deyilik. Əgər sorucu diffuzorlar Monako Qran Prisinə qədər qadağan olunmasalar, bizim başqa yolumuz qalmayacaq. Biz bu məsələni diqqətlə araşdırmışıq.

İşlənmiş qazlardan maşının aerodinamik xüsusiyyətlərini dəyişmək üçün istifadə etmək qadağandır, hərəkətli aerodinamik elementlərin istifadəsi qadağandır. Beləliklə, bu texnologiyalar texniki reqlamentə uyğun deyillər və digər komandalara böyük üstünlük verirlər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 259
Teqlər
Paylaş

logo