K.Sayns: Rəqiblərimiz daha çox çətinlik çəkir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, rəqibləri daha çox çətinlik çəkir.

F-1.az xatırladır ki, “qırmızılar” Monakodakı cümə sərbəst yürüşlərində at oynadaraq, günü ilk iki yerdə bağlayıblar.

Karlos Sayns: “Cəsarətverici gün idi. Proqramımızı tamamladıq. Trasda yaxşı performans göstərdik. Sıralanma turu da yaxın mübarizə şəraitində keçəcək. Xırda detallar sıralanma turunda vacib olacaq.

Boliddə özümüzü yaxşı hiss edirik. Bu bolidlər hər yerdə, qabaqrlarda və porebriklərdə daha təhlükəlidir. Ancaq rəqiblərimiz bizdən çox çətinlik çəkirlər. Bizi gözəl mübarizə gözləyir. Təkərlər yaxşı işləyir və asfaltla ilişmədə idealdır. Vacib olan da budur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*