K.Klin Hispania-nın ehtiyat sürücüsüdür

Kristian Klin Formula1-ə qayıdır. Jaguar və Red Bull komandalarında çıxış etmiş avstriyalı sürücü Honda və Sauber komandlarında bir neçə il […]

Kristian Klin Formula1-ə qayıdır. Jaguar və Red Bull komandalarında çıxış etmiş avstriyalı sürücü Honda və Sauber komandlarında bir neçə il test sürücü kimi çalışdıqdan sonra Hispania komandası ilə ehtiyat sürücü müqaviləsi imzalayıb…

Kolin Kolles: “Kristian gənc və sürətli sürücüdür, mən onun karyerasını ADAC seriyasının ilk yarışlarından izləyirəm və həmişə hesab etmişəm ki, onun böyük potensialı var. Biz artıq Barselonada uik-endin gedişində Kristianı görmək ümidindəyik, o komanda ilə tanış olmalıdır. Biz də gənc komandayıq və bizimlə birlikdə böyümək istəyən sürücülər axtarırıq.”

Formula1 ölçüləri ilə Kristian elə də gənc deyil – fevralda sürücünün 27 yaşı tamam olub, həm də komandanın daha bir ehtiyat sürücüsü var – yaponiyalı Sakon Yamamoto. Lakin Klin müqaviləyə görə çox şaddır və Barselonada cümə sərbəst yürüşlərində maşınlardan birinin sükanı arxasına oturacaq…

Kristian Klin: “Bu müqavilə mənə Formula1-ə qayıtmağa kömək edəcək, bu çempionatla mən gələcəyimi bağlayıram. Mən Bəhreyn və Çinə gəlmişdim, maşına baxmışdım, komandanın əməkdaşları ilə görüşmüşdüm – onların çoxunu mən tanıyıram.

Mən Kolin Kollesə minnətdarlqı etmək istəyirəm. Yeni komanda ilə iş məni motivasiya edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*