21 Avqust 2019, Çərşənbə - 02:44

K.Horner: “Uebberin müqaviləsindən danışmaq hələ tezdir”

K.Horner: “Uebberin müqaviləsindən danışmaq hələ tezdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:33 - 18 Mart, 2011

Red Bull komandası Sebastyan Fettellə uzunmüddətli müqavilələr bağlasa da, Mark Uebberin müqaviləsi hər dəfə yalnız birillik müddətə uzadılır. Bu yaxınlarda […]

Red Bull komandası Sebastyan Fettellə uzunmüddətli müqavilələr bağlasa da, Mark Uebberin müqaviləsi hər dəfə yalnız birillik müddətə uzadılır. Bu yaxınlarda komanda Fettellə və 50-yə yaxın aparıcı əməkdaşı ilə müqaviləsini 2014-cü ilədək uzadıb, amma Uebber yenə də kənarda qalıb. Kristian Horner hesab edir ki, Markın müqaviləsini müzakirə etmək vaxtı çatmayıb…

Kristian Horner: “Mark Sebastyana nisbətən karyerasının başqa mərhələsindədir. Onun artıq 34 yaşı var, 160 Qran Pridə starta çıxıb – deməliyəm ki, o əvvəlki kimi əzmkardır və rəqabətədavamlıdır, amma hələlik həm bizim üçün, həm də onun özü üçün növbəti mövsümdən danışmaq tezdir. Biz danışıqlara yaydan sonra başlayacayıq.

Keçən il biz Markla birlikdə müqaviləni birillik müddətə uzatmaq qərarına gəldik. Bu il onun 35 yaşı tamam olacaq – demək istəmirəm ki, Mark Formula1 üçün qvadır, əksinə, son illərdə sürətlə inkişaf edib, amma biz əmin olmalıyıq ki, o əzmkarlığını və rəqabətədavamlılığını saxlayıb.

Mark bilir ki, onu vacib mövsüm gözləyir, o bilir ki, komanda hər iki sürücünü bərabər dəstəkləyir. O yaxşı başa düşür ki, indi karyerası başlanğıc mərhələsində deyil – Mark kifayət qədər ağıllıdır, ehtiyac yoxdur ki, mən ona nəyisə başa salım.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 252
Teqlər
Paylaş

logo